Səudiyyə Ərəbistanı səmasında 10 dron zərərsizləşdirildi

Bu gün, 11:58           
Səudiyyə Ərəbistanı səmasında 10 dron zərərsizləşdirildi
Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri paytaxt Ər-Riyad və ölkənin şərq bölgələri ətrafında 10 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə rəsmi Səudiyyə mənbələri məlumat yayıb.

Hücumdan qısa müddət sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq baş verənlərlə hər hansı əlaqəsinin olmadığını bildirib. SEPAH-ın rəsmi açıqlamasında deyilir:

"Bu hücumun İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. Səudiyyə hökuməti hücumların mənşəyini başqa yerdə axtarmalıdır".

Qeyd edək ki, regionda davam edən hərbi gərginlik fonunda Səudiyyə Ərəbistanının hava məkanı tez-tez müxtəlif istiqamətlərdən gələn dron və raket təhdidləri ilə üzləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]