İran ilk dəfə "Səcil" strateji raketindən istifadə etdi - VİDEO

16-03-2026, 00:08           
İran ilk dəfə "Səcil" strateji raketindən istifadə etdi - VİDEO
İran ABŞ və İsrailə qarşı qarşıdurma fonunda "Səcil" adlı ikipilləli strateji raketdən istifadə edib.

Bu barədə "RİA Novosti" İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Məlumata görə, İran hərbçiləri "Həqiqi vəd - 4" əməliyyatının 54-cü mərhələsini həyata keçiriblər. Hücum zamanı ikitonluq döyüş başlığına malik "Xorrəmşəhr" raketləri, həmçinin "Qədr", "Xeybərşəkan" və "Emad" raketlərindən istifadə olunub. Bundan əlavə, əməliyyat çərçivəsində ilk dəfə olaraq "Səcil" raketi də buraxılıb.

Bildirilib ki, SEPAH zərbələri İsrailin hava əməliyyatları ilə əlaqəli idarəetmə və qərar qəbuletmə mərkəzlərinə endirib. Raketlərin həmçinin hərbi və müdafiə sənayesi ilə bağlı infrastruktura, eləcə də İsrail hərbçilərinin toplandığı məkanlara düşdüyü qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru