Hörmüz boğazında "təmizləmə" – ABŞ İranın 44 mina döşəyən gəmisini məhv etdi

20-03-2026, 17:37           
Hörmüz boğazında "təmizləmə" – ABŞ İranın 44 mina döşəyən gəmisini məhv etdi
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn İranın Hörmüz boğazını blokadaya almaq imkanlarını minimuma endirmək məqsədilə həyata keçirilən dəniz əməliyyatının ilkin nəticələrini açıqlayıb.

Moderator.az xəbər verir ki, generalın sözlərinə görə, amerikalı hərbçilər hazırda əsas diqqəti İranın mina döşəyən gəmilərinin və mina quraşdırılması üçün yenidən təchiz edilmiş sürətli katerlərinin sıradan çıxarılmasına yönəldiblər. Bu strateji zərbələr nəticəsində artıq İranın 44 belə hərbi gəmisi və kateri darmadağın edilib.

Keyn vurğulayıb ki, mina döşəyən hədəflərin aşkarlanması və məhv edilməsində xüsusi olaraq A-10 hücum təyyarələri daxil olmaqla geniş aviasiya qüvvələrindən istifadə olunur. Bu addım ABŞ-ın Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün yenidən təhlükəsiz hala gətirmək və İranın "enerji şantajı"na son qoymaq qətiyyətini bir daha nümayiş etdirir.

Ekspertlər hesab edirlər ki, mina döşəyən donanmanın bu dərəcədə böyük itki verməsi Tehranın boğazı uzunmüddətli blokadada saxlamaq planlarını faktiki olaraq iflasa uğradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru