1.5 milyonluq uduş "buxarlandı" - Almaniyada inanılmaz hadisə

21-03-2026, 12:18           
1.5 milyonluq uduş "buxarlandı" -
Bavariyada bir kişi lotereyada qazandığı 1.5 milyon avroluq uduşdan yanacaqdoldurma məntəqəsinin əməkdaşının hərəkətinə görə məhrum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisə 2024-cü ilin aprelində Qrasbrunn qəsəbəsində baş verib. Yerli sakin "Spiel 77" lotereyasına aid biletini yoxlatmaq üçün yanacaqdoldurma məntəqəsinə təqdim edib. Kassir Patrik D. biletdə 1 477 777 avro məbləğində böyük uduş olduğunu görsə də, müştəriyə heç nə qazanmadığını bildirib. Bundan sonra kişi bileti kassanın üzərində qoyaraq məntəqəni tərk edib. İşçi isə bileti götürərək iyul ayında mükafatı almaq üçün lotereya qərargahına müraciət edib.

Lakin "qalib"lə aparılan müsahibə zamanı şübhələr yaranıb. Mütəxəssislər müəyyən ediblər ki, həmin şəxs bileti təqdim edilən satış nöqtəsində işləyib. Qaydalara görə isə əməkdaşların öz iş yerlərində lotereya bileti almasına icazə verilmir. Bu səbəbdən lotereya təşkilatı ödənişdən imtina edib və hadisə barədə polisə məlumat verilib.

Araşdırma nəticəsində biletin əslində başqa şəxsə məxsus olduğu təsdiqlənib. Lakin biletin əsl sahibi hələ müəyyən edilməyib və çek olmadığı halda həmin şəxs uduşu tələb edə bilməyəcək.

Məhkəmə prosesi 2026-cı ilin martında Münhen Dairə Məhkəməsində keçirilib. Patrik D. məhkəmə qarşısında təqsirini etiraf edib və dələduzluq maddəsi ilə 15 ay şərti cəzaya məhkum olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru