Zibil maşınından 1,5 milyonluq qızıl tapdı və… – İNANILMAZ

27-03-2026, 12:18           
Zibil maşınından 1,5 milyonluq qızıl tapdı və… – İNANILMAZ
Türkiyənin Esenyurt Bələdiyyəsinin sanitariya işçiləri zibillərin arasından təxminən 1,2 milyon türk lirəsi dəyərində qızıl tapıblar. Onlar tapdıqlarıqızılı sahibinə qaytarıblar. Türkiyə mediası yazır ki, Esenyurtda yaşayan Suriya vətəndaşı Fərəc Mustafa içərisində çoxlu miqdarda qızıl olan bir bağlamanın təsadüfən zibil qutusuna atıldığını anlayıb. Bundan sonra isə vəziyyət barədə dərhal Esenyurt Bələdiyyəsinə bildirib. Məlumata əsasən, bələdiyyə qrupları Silivriyə gedən yük maşınına yüklənmiş tullantıları zibil maşınlarından boşaldıb və diqqətlə axtarışa başlayıblar. Çeşidləmə prosesindən sonra qruplar vətəndaşlarla birlikdə əl ilə axtarış aparıblar. Gərgin səylərdən sonra qızılın büküldüyü parça tapılıb.

Bağlamada təxminən 1.200.000 türk lirəsi dəyərində 26 ədəd tam qızıl sikkə və 2 yarım qızıl sikkə olub. Esenyurt Bələdiyyəsinin icra məmurları hadisə ilə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması və yoxlamasından sonra qızıl sənədləşdirilərək bütövlükdə sahibinə qaytarılıb. Yaşadığı böyük panikdən sonra qızıllarını geri alan Fərəc Mustafa bələdiyyə və polis qruplarına təşəkkür edib.

Hazırladı: Zeynəb Əliqızı
tezadlar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru