SEPAH: "ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutulub, ölənlər var"

28-03-2026, 12:44           
SEPAH: "ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutulub, ölənlər var"
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri əməliyyat çərçivəsində Bubiyan (Fars körfəzində Küveytə məxsus ada) adasındakı ABŞ və İsrail hərbçilərinin bir neçə toplanış mərkəzini raket və dron hücumuna məruz qoyub.
"Report" xəbər verir ki, bu iddia ilə SEPAH çıxış edib.

"Hücumda müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə çox sayda amerikalı dəniz piyadası məhv edilib, ölü və yaralılar xəstəxanalara yerləşdirilib",- məlumatda qeyd olunub.

SEPAH-dan bildirilib ki, ABŞ-nin Yaxın Şərqin istənilən nöqtəsindəki bazaları bundan sonra da hədəf alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru