İranın paytaxtı Tehranda bir neçə rayonunda güclü partlayışlar qeydə alınıb. Bu barədə "Jamaran" agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, partlayışlar şəhərin şərq, şimal və qərb hissələrində baş verib. Hazırda partlayışların səbəbi və dəyən maddi zərər barədə rəsmi açıqlama yoxdur.
Hadisə yerində təcili xidmət əməkdaşları və təhlükəsizlik qüvvələri fəaliyyət göstərir. Yerli hakimiyyət orqanları sakinlərdən sakit olmalarını və rəsmi məlumatları izləmələrini xahiş edib.
Qeyd edək ki, İran paytaxtında təhlükəsizliklə bağlı gərginlik müşahidə olunurr. Rəsmi qurumlar hazırda vəziyyəti nəzarət altında saxlamağa çalışır.