ABŞ-da təyyarə qəzası - Sağ qalan yoxdur

Bu gün, 08:18           
ABŞ-da təyyarə qəzası - Sağ qalan yoxdur
ABŞ-ın Nyu-Meksiko ştatında kiçik bir tibbi təyyarə qəzaya uğrayıb.

TEREF xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarının bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə cümə axşamı səhər saatlarında Ruidoso şəhəri yaxınlığında baş verib.

Təyyarənin göyərtəsində olan dörd nəfərin hamısı həlak olub. Linkoln dairəsinin idarəçisi Ceyson Berns qəzanın səbəbinin hələlik məlum olmadığını bildirib. Təyyarə yerə düşdükdən sonra ərazidə yanğın başlayıb və yanğınsöndürmə xidmətinin hesablamalarına görə, alov təxminən 2 hektar sahəni bürüyüb.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru