Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar

Bu gün, 12:48           
Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar
Rusiyanın Yekaterinburq şəhərində yerləşən Koltsovo hava limanının gömrük postunun əməkdaşları Bakıdan 21 kiloqramdan çox narşərab sousunu bəyannaməsiz keçirməyə çalışan əcnəbi aşpazı saxlayıblar.
TEREF Oxu.Az-a istinadən bildirir ki, bu barədə Ural Gömrük İdarəsi məlumat yayıb.
“Gömrük nəzarəti zonasının “yaşıl dəhliz”ində müfəttişlər Azərbaycanın paytaxtından gələn vətəndaşı dayandırıblar. Yoxlama zamanı onun üzərində ümumi çəkisi 21 kiloqramdan çox olan, iki onlitrlik plastik qabda sous aşkar edilib”, – deyə qurumdan bildiriblər.
Sərnişin Çita şəhərindəki kafelərdən birində aşpaz işlədiyini və balıq üçün nəzərdə tutulan sousu müəssisə direktorunun xahişi ilə gətirdiyini izah edib. Narşərab Bakı bazarından alınıb. Kişinin sözlərinə görə, o, şəxsi istifadə üçün nəzərdə tutulmayan malların məcburi şəkildə bəyan edilməli olduğundan xəbərsiz imiş.

AZƏRBAYCAN24
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru