Salyan rayonundakı “Gülüstan” restoranı yanır – VİDEO

28-07-2017, 19:30           
Salyan rayonundakı “Gülüstan” restoranı yanır – VİDEO
Salyan rayonunda yerləşən “Gülüstan” restoranında yanğın baş verib.

Kanal15.tv-nin əldə etdiyi məlumata görə, Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol kənarındakı “Gülüstan” restoranı yanıb.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları çağırılıb.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.
[media=https://www.youtube.com/watch?v=Ft36lrdpZ90]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru