Qaxda güclü yanğın baş verib: taxta sexi, yük maşını və tövlə yanıb - FOTO - VİDEO

29-07-2017, 09:13           
Qaxda güclü yanğın baş verib: taxta sexi, yük maşını və tövlə yanıb - FOTO - VİDEO
Qax rayonunun Qıpçaq kəndində taxta sexində və tövlədə yanğın baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini Roman Asıralı oğlu Nəbiyevə məxsus ümumi sahəsi 128 kv.m. olan taxta sexi, sexə bitişik 48 kvadratmetrlik mal tövləsi və sexin həyətində olan yük avtomobili yanıb.
Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın güclü olduğundan qarşısını almaq çətin olub. Nəticədə taxta sexində olan 7 kubmetr çinar taxtası, 5 ədəd dülgər dəzgahı, "QAZ-53" markalı yük avtomobilinin yük yerində olan 5 kubmetr odun və mal tövləsinin çardağına yığılmış 580 ədəd ot presi təmamilə yanaraq kül olub. Yanğın baş verən zaman sexdə heç kim olmayıb.
Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru