Pul üstündə əvvəl valideynlərini, sonra üstü açılmasın deyə, 17 qonşusunu qətlə yetirdi

29-07-2017, 09:52           

Çinin Yünnan əyalətində Yanq Çinqpey adlı şəxs borc pul vermədikləri üçün valideynlərini bel vasitəsilə vəhşicəsinə qətlə yetirib.
Publika.az xəbər verir ki, törətdiyi cinayətdən şoka düşən Yanq aralarında 4-ü azyaşlı olmaqla, 17 qonşusunu da öldürüb.
Məhkəmə Y.Çinqpeyi qəsdən adam öldürmək maddəsilə edama məhkum edib. Verilən cəzaya etiraz etməyən Yanq apelyasiya məhkəməsinə də müraciət etməyəcək.
Qeyd edək ki, Yanq keçən ilin 28 sentyabr tarixində onun borc pul istəyini rədd edən valideynlərini öldürdüyünü etiraf etmişdi. O, cinayətinin üstünün açılmasından qorxaraq hadisəyə şahidlik edən 17 qonşusunu da qətlə yetirdiyini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru