Arda Turan məhkəməyə verildi

27-11-2019, 00:00           
Arda Turan məhkəməyə verildi
“Başakşəhər”in yarımmüdafiəçisi Arda Turan daha bir problemlə üzləşib.

Teref.az qol.az-a istinadən xəbər verir ki, müqavilə ilə “Barselona”ya məxsus olan 32 yaşlı futbolçu məhkəməyə verilib.

Buna səbəb onun Barselonada kirayə götürdüyü mənzilin pulunu ödəməməsi olub.

Mənzil sahibi futbolçunun bir neçə aydır kirayə pulunu vermədiyini və ona 400 min avro borclu olduğunu iddia edib. Bunun 100 mini icarə haqqı, qalanı isə evə dəyən ziyana görə tələb edilir. Bir neçə dəfə yarımmüdafiəçi ilə əlaqə saxlayan ev sahibi pulunu ala bilmədiyi üçün məhkəmə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru