ABŞ 12 min km-ə qədər uça bilən ballistik raketin sınağını keçirəcək

Bu gün, 12:44           
ABŞ 12 min km-ə qədər uça bilən ballistik raketin sınağını keçirəcək
ABŞ mayın 20-də Sakit okean bölgəsində döyüş başlıqsız “LGM-30 Minuteman III” qitələrarası ballistik raketinin (QBR) növbəti sınaq buraxılışını həyata keçirəcək.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, QBR-lərin sınaq buraxılışı proqramının məqsədi silah sisteminin effektivliyini, hazırlıq səviyyəsini və dəqiqliyini təsdiqləmək və yoxlamaqdır.

Eyni zamanda bildirilib ki, sınaq əvvəlcədən planlaşdırılıb və dünyada baş verən hər hansı hadisə ilə əlaqəli deyil.

Buraxılış ABŞ Kosmik Qüvvələrinin Kaliforniyada yerləşən Vandenberq Hərbi-Kosmik Bazası bazasından həyata keçiriləcək. Raket Kvacaleyn Atollu yaxınlığında yerləşən ABŞ-ın Sakit okean raket poliqonu istiqamətində buraxılacaq. Uçuş məsafəsinin təxminən 6,8 min kilometr olacağı bildirilir.

Bənzər son sınaq buraxılışı martın 4-də həyata keçirilmişdi.

Qeyd edək ki, “LGM-30 Minuteman III” QBR-in fəaliyyət radiusu 12 min kilometr təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru