1983-cü il oktyabrın 30-da İngiltərənin Nottingemşir qraflığının sakit Keyvort kəndində dəhşətli cinayət baş verdi: 16 yaşlı Kolett Aram zorlandı və boğularaq öldürüldü

Bu gün, 16:14           
1983-cü il oktyabrın 30-da İngiltərənin Nottingemşir qraflığının sakit Keyvort kəndində dəhşətli cinayət baş verdi:
1983-cü il oktyabrın 30-da İngiltərənin Nottingemşir qraflığının sakit Keyvort kəndində dəhşətli cinayət baş verdi: 16 yaşlı Kolett Aram zorlandı və boğularaq öldürüldü. Polis cinayətin üstünü aça bilmədi.
1984-cü ildə BBC telekanalında açılmamış cinayətlədən bəhs edən “Crimewatch” sənədli serialı başlayanda ilk bəhs edilən iş Kolett Aramın qətli oldu. Verilişdən sonra polisə 400-dən çox zəng gəldi, lakin verilən informasiyaların heç biri faydalı olmadı. Kolettin qətli 25 il ərzində açılmadı.
2008-ci ilin iyununda polis yol hərəkəti qaydalarını pozan bir sürücünü saxladı. Ondan götürülən DNT nümunəsi Kolettin üzərindəki spermadan götürülən DNT nümunəsi ilə çox yaxın idi, amma eyni deyildi. Zatən sürücü Jan-Pol Hatçinsonun 20 yaşı vardı və o, qatil ola bilməzdi. Qatil onun lap yaxın qohumu olmalı idi.
Sonrakı araşdırma sübut etdi ki, Koletti sürücünün atası 50 yaşlı Pol Hatçinson qətlə yetirib. 2009-cu ildə ömürlük həbsə məhkum edilən Hatçinson 2010-cu il oktyabrın 10-da çoxlu dərman içərək intihar etdi.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru