“Tottenhem”lə “Mançester Siti” Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb

27-11-2019, 02:03           
“Tottenhem”lə “Mançester Siti” Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb
Çempionlar Liqasında V turun ilk oyun günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında tura yekun vurulub.

Daha tez baş tutan “Qalatasaray” – “Brügge” (1:1) və “Lokomotiv” – “Bayer” (0:2) matçlarının ardından turun daha 6 qarşılaşması keçirilib.

B qrupunun görüşləri daha məhsuldar alınıb. “Bavariya” Serbiyada “Srvena Zvezda”nı darmadağın edib. Robert Levandovski bu matçda poker müəllifi olub. Münhenlilər bununla da qrup 1-cisi adına yiyələnib. “Tottenhem” isə iki top geri düşdüyü görüşdə “Olimpiakos”a qalib gəlib. Joze Mourinyonun bu komanda ilə ilk avrokubok matçındakı qələbə London klubunu 2-ci yerlə 1/8 finala daşıyıb.

“Mançester Siti” C qrupunda həm növbəti mərhələyə vəsiqə qazanıb, həm də 1-ci yeri təmin edib. İngiltərə təmsilçisi buna “Şaxtyor”la heç-heçə edərək nail olub. “Atalanta” isə Zaqreb “Dinamo”suna qalib gəlib.

Növbəti mərhələyə vəsiqəni təmin edən PSJ və “Real” A qrupunda üz-üzə gəlib. Səfərdə məhsuldar heç-heçə edən fransalılar 1-ci yeri tutublar.

D qrupunun liderləri Turində görüşüb. “Yuventus” “Atletiko” üzərində qələbə ilə 1-ci yeri təmin edib.

Qeyd edək ki, V tura noyabrın 27-də yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur
26 noyabr

A qrupu
21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) - 1:1

Adem Büyük, 11 – Diatta, 90+2
00:00. “Real” (İspaniya) – PSJ (Fransa) – 2:2

Benzema, 17, 79 – Mbappe, 81, Sarabia, 83

B qrupu
00:00. “Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya) – 0:6

Qoretska, 14, Levandovski, 53 (pen.), 60, 64, 68, Tolisso, 90
00:00. “Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) – 4:2

Alli, 45, Keyn, 50, 77, Orye, 73 – El-Arabi, 6, Semedo, 19

C qrupu
00:00. “Atalanta” (İtaliya) – “Dinamo” (Z, Xorvatiya) – 2:0

Muriel, 27 (pen.), Qomes, 47
00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) – 1:1

Gündoğan, 57 – Solomon, 70

D qrupu
21:55. “Lokomotiv” (Rusiya) - “Bayer” (Almaniya) - 0:2

Jemaletdinov, 11 (avtoqol), Bender, 54
00:00. “Yuventus” (İtaliya) – “Atletiko” (İspaniya) – 1:0

Dibala, 45












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru