KİV: 2019-cu ilin "Qızıl top"unun sahibi Messi olub

28-11-2019, 08:36           
KİV: 2019-cu ilin "Qızıl top"unun sahibi Messi olub
"Barselona"nın argentinalı hücumçusu və komandanın kapitanı Lionel Messi 2019-cu ilin nüfuzlu "Qızıl top"unun sahibi olacaq.

"Report"un məlumatına görə, bu barədə "Transfermarkt" bildirib.

Qeyd edilir ki, qalibin müəyyən edilməsi ilə bağlı səsvermə noyabrın 9-da başa çatıb. Alman portalı argentinalı oyunçunun əldə etdiyi mükafatların yenilənmiş statistikanı açıqlayıb. Bu siyahıya "Qızıl top" - 2019 da daxildir.

Məlumata görə, mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.

Ötən gün "Barselona" Messi fərqlənməsi ilə Çempionlar Liqasının qrup mərhələsinin beşinci tur matçında "Borussiya"ya 3:1 hesabı ilə qalib gəlib.

Lionel Messi 34-cü klubun qapısına qol vuraraq Çempionlar Liqasında rekorda imza atıb. Hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun Dortmundun "Borussiya" komandası ilə matçda fərqlənib. Messi bu nəticə ilə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu və "Real"ın sabiq-hücumçusu Raul Qonsalesi qabaqlayıb. Həmin hücumçular Çempionlar Liqasında 33 kluba qol vurublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru