“Qətərlə matç bizim üçün vacib test olacaq” – Canni De Byazi

26-03-2021, 22:52           
“Qətərlə matç bizim üçün vacib test olacaq” –
“Qətər yığmasının son matçını izləsək də, rəqib haqqında geniş məlumatımız yoxdur. Lüksemburqa qarşı keçirdikləri oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü kollektivdir”.

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis rəqibin hücumçularını xüsusi fərqləndirib: “Serbiya ilə oyunöncəsi bu qarşılaşma bizim üçün vacib test olacaq. Portuqaliya ilə görüşdən sonra bu matç komandamızın inkişaf etməsinə daha çox kömək edəcək. Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə matçdan əvvəl futbolçulara qələbə qazanmaq istədiyimi bildirim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci yarıda meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı görüşdə bəzi digər futbolçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru