Hans Diter Flik "Barselona"da uzun müddət qalmaq niyyətində deyil

24-11-2024, 12:38           
Hans Diter Flik "Barselona"da uzun müddət qalmaq niyyətində deyil
Hans Diter Flikin "Barselona"dakı durumuna aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, o, klubdakı gələcəyi ilə bağlı danışıb.

Mütəxəssis burada uzun illər keçirməyəcəyini bildirib:

"Bir klubda 10 il çalışmaq? Bu qədər uzun müddət qala biləcəyimi düşünmürəm. Mənim dörd nəvəm var. Onlar layiqdirlər ki, 70 yaşım olana qədər onlara xeyli vaxt ayırım".

Qeyd edək ki, Flik 2024-cü ilin mayından İspaniya klubunu çalışdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru