Modriç mahnı oxumamaq üçün "Milan" futbolçularına "iPhone" alıb

24-10-2025, 15:44           
Modriç mahnı oxumamaq üçün "Milan" futbolçularına "iPhone" alıb
"Milan"ın hücumçusu Santyaqo Ximenez sosial şəbəkə hesabında yarımmüdafiəçi Luka Modriçin İtaliya nəhənginə qoşulduqdan sonra paltardəyişmə otağında mahnı oxumaqdan qaçınmağa qərar verməsi barədə hekayə paylaşıb.

Oxu.Az bildirir ki, futbolda mövcud olan ənənəyə əsasən, hər yeni oyunçu komanda yoldaşlarının qarşısında mahnı ifa etməlidir.

"Biz paltardəyişmə otağına gəldik və hər oyunçunun yerində yeni "iPhone" var idi. Modriç onları bizə hədiyyə etdi. O, hər birimizə telefon aldı ki, mahnı oxumasın", - deyə Ximenez vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]