İran futbolunda qalmaqal: Komanda üzvü qapıçını vurdu

27-10-2025, 09:24           
İran futbolunda qalmaqal: Komanda üzvü qapıçını vurdu
İranın Azadegan Futbol Liqasında baş verən insident gündəm olub.

"Azad İran" teleqram kanalı xəbər verir ki, "Damaş Gilan" - "Nəssaci Mazandaran" futbol komandaları arasında keçirilən oyunda qonaqlar meydan sahiblərini 0:5 hesabı ilə məğlub ediblər.

Beşinci qoldan sonra "Damaş"ın qəzəbli futbolçularından biri dözməyərək meydana daxil olub və komandasının qapıçısını vurub.

"Qapıda dayana bilmirsənsə, meydanı tərk et, yerinə mən keçərəm!", - o, əsəbi halda qışqırıb.

Hadisə stadionda çaşqınlıq yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]