4600 manata olimpiya bileti? - Olimpiya tarixinin ən bahalı biletləri

2-11-2025, 12:44           
4600 manata olimpiya bileti? - Olimpiya tarixinin ən bahalı biletləri
Tamaşaçılar üçün nəzərdə tutulan biletlərin qiymətləri hələ də yüzlərlə dollara başa gəlir. Olimpiya oyunlarının ümumi xərclərinin həmişə yüksək olduğu nəzərə alınarsa, bu, təəccüblü deyil.

Valyuta.az tarixdəki ən bahalı yeddi olimpiya biletini təqdim edir:

1. Üzgüçülük (London 2012) – 190 dollar (323 manat)

Üzgüçülük və yüngül atletika yarışları olimpiya oyunlarının ən çox izlənilən və ən bahalı tədbirlərindən sayılır. London 2012 olimpiadasında üzgüçülük yarışlarının orta bilet qiyməti təxminən 190 dollar idi. Yarışlar Michael Phelps-in parlaq çıxışı ilə yadda qaldı, o, altı yarışın dördündə qızıl medal qazandı.

2. Kişilər arasında basketbol (London 2012) – 370 dollar (629 manat)

2012 finalında ABŞ və İspaniya qarşılaşdı və biletlərin qiyməti 370 dollar idi. Kobe Bryant, LeBron James və Kevin Durant kimi ulduzların oyunu azarkeşlər üçün böyük maraq doğurdu və qarşılaşma ABŞ-ın qələbəsi ilə başa çatdı.

3. Üzgüçülük (Rio 2016) – 380 dollar (646 manat)

Rio olimpiadası ümumilikdə daha ucuz olsa da, üzgüçülük yarışları yenə də ən bahalı idman növü olaraq qalırdı.
Final yarışları üçün təxminən 380 dollar təşkil edirdi.
Bu, həm də Michael Phelps-in Olimpiya karyerasında son çıxışı idi – o, burada beş qızıl medal qazanaraq ümumi sayını 23-ə çatdırdı.

4. Qadınlar arasında futbol (London 2012) – 620 dollar (1054 manat)

London 2012 həm kişilər, həm də qadınlar arasında yüksək səviyyəli futbol oyunları ilə yadda qaldı. Final qarşılaşmaları Wembley Stadionunda keçirildi və ən bahalı biletlər 620 dollar idi.

5. Yüngül atletika (London 2012) – 1,000 dollar (1700 manat)

Hüseyn Bolt-un rekord çıxışları yüngül atletika yarışlarını daha da populyarlaşdırdı. London 2012-də 100 m, 200 m və 4x100 m estafet yarışlarında qazandığı qızıl medallar nəticəsində bilet qiymətləri 1,000 dollara qədər yüksəldi. Bolt həmin yarışlardan sonra dünyanın ən sürətli insanı kimi tarixə düşdü.

6. Yüngül atletika (Tokio 2021) – 1,400 dollar (2380 manat)

Tokio Olimpiadası tarixdə ən bahalı oyunlardan biri kimi qiymətləndirilir. Yüngül atletika yarışlarının ən yaxşı yerləri üçün bilet qiymətləri 1,400 dollar idi.

7. Tokio 2021 Açılış Mərasimi – 2,700 dollar (4590 manat)

Rəsmi idman yarışları sırasına daxil olmasa da, olimpiya oyunlarının açılış mərasimi həmişə ən çox gözlənilən hadisə olur. Tokio Olimpiadasının açılış mərasimi biletlərinin qiyməti təxminən 2,700 dollar idi.
Oyunların ümumi dəyəri pandemiya səbəbindən təxirə salındıqdan sonra 12,6 milyard dollardan 15,4 milyard dollara yüksəlib. Buna baxmayaraq, Tokio 2021 Olimpiadası həm yarışlar, həm də tarixdə ən bahalı bilet qiymətləri ilə yadda qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]