Səudiyyə Pro Liqası: Ronaldu dubl etdi, "Ən-Nəsr" son dəqiqədə qələbə qazandı VİDEO

2-11-2025, 10:19           
Səudiyyə Pro Liqası: Ronaldu dubl etdi, "Ən-Nəsr" son dəqiqədə qələbə qazandı  VİDEO
Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda "Ən-Nəsr" və "Əl-Feyha" komandaları arasında oyun keçirilib.

Oxu.Az-ın məlumatına görə, "Ən-Nəsr" 2:1 hesabı ilə qələbə qazanıblar.

13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Hason komandasını hesabda önə çıxarıb. 37-ci dəqiqədə "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hesabı bərabərləşdirib. 90+14-cü dəqiqədə Ronaldu dubl edərək komandasına qələbə qazandırıb.

Yeddi turun nəticəsinə görə, "Ən-Nəsr" 21 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində birinci yeri tutur. "Əl-Feyha" isə səkkiz xalla 10-cu pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]