İtaliya A Seriyası: "Yuventus" Spalletinin debüt matçında "Kremoneze"ni məğlub etdi VİDEO
2-11-2025, 09:58
İtaliya A Seriyasının 10-cu turunda "Kremoneze" - "Yuventus" qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Yuventus"un heyətində qolları Kostiç (2) və Kambiazo (68) vurublar. Ev sahiblərinin yeganə qoluna 83-cü dəqiqədə Vardi imza atıb.
Qeyd edək ki, bu, "Yuventus"un yeni baş məşçi Luçano Spallettinin kluba gəlişindən sonra ilk qələbəsidir.
10 matçdan sonra "Yuventus" A Seriyasının turnir cədvəlində beşinci yeri tutur. Komandanın aktivində 18 xal var. "Kremoneze" doqquzuncu sıradadır. Klub 14 xal toplayıb.