İspaniya La Liqası: "Real Madrid" "Valensiya"nın qapısından dörd cavabsız top keçirdi 2-11-2025, 10:18 İspan La Liqasının 11-ci turu çərçivəsində "Real Madrid" "Valensiya"nı qəbul edib.Oxu.Az xəbər verir ki, oyun paytaxt klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.19-cu dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə Mbappe Arda Gülerin ötürməsindən sonra dubl edib. 44-cü dəqiqədə Cud Bellinqem hesabı daha da artırıb. 82-ci dəqiqədə müdafiəçi Alvaro Karreras "Kral klubu"nun dördüncü qolunu vurub.Bu nəticədən sonra"Real Madrid" İspaniya çempionatında 11 matçda qazandığı 30 xalla birinci yeri tutur. "Valensiya" doqquz xalla 18-ci yerdədir. Facebook-da paylaş