Albaniyada qadın voleybolçunun cinsiyyəti şübhə yaratdı, yarışlardan kənarlaşdırıldı

3-11-2025, 17:44           
Albaniyada qadın voleybolçunun cinsiyyəti şübhə yaratdı, yarışlardan kənarlaşdırıldı
Albaniya Voleybol Federasiyası braziliyalı qadın voleybolçu Nayara Ferreyranı gender kimliyi şübhəsi səbəbi ilə diskvalifikasiya edib.

Oxu.Az "Balkan Insight"a istinadən xəbər verir ki, idmançı Tirananın "Dinamo" komandasında çıxış edir.

Voleybolçu bir neçə həftə ərzində Albaniyada keçirilən yarışlardan kənarlaşdırılıb və ona gender testindən keçmək tapşırılıb.

Albaniyada ayrı-seçkilikdən müdafiə üzrə müvəkkil Robert Qayda bu qərarı diskriminasiya kimi qiymətləndirib. R.Qayda vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum bu məsələ ilə bağlı istintaqa başlaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]