"Arsenal"ın futbolçusu rekord qırdı

5-11-2025, 15:14           
"Arsenal"ın futbolçusu rekord qırdı
London "Arsenal"ının ingilis yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqası matçında meydana çıxan ən gənc oyunçu olub.

Oxu.Az xəbər verir ki, Doumen 15 yaş 308 günlüyündə liqa mərhələsinin dördüncü turunun Çexiya təmsilçisi "Slaviya Praqa" ilə səfər matçında əvəzedici heyətdə meydana çıxıb.

Qeyd edək ki, əvvəlki rekord Yusuf Mukokoya məxsus olub. O, 8 dekabr 2020-ci ildə "Borussiya Dortmund"un heyətində 16 yaş 18 günlüyündə meydana çıxıb. Alman hücumçu qrup mərhələsi matçında Sankt-Peterburqun "Zenit" klubuna qarşı oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]