Səs-küylü transfer: "Qalatasaray" Messini gətirməyə hazırlaşır 6-11-2025, 00:11 Türkiyənin “Qalatasaray” klubu növbəti səs-küylü transferinə hazırlaşır.Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messini heyətinə qata bilər.Bu barədə insayder Zeki Uzundurukan yutub səhifəsində məlumat yayıb.38 yaşlı futbolçu cari mövsümün son 4 ayı ərzində DÇ-2026-ya daha yaxşı hazırlaşa biləcəyi komanda axtarışındadır.Tərəflərin yaxın müddət ərzində danışıqlara başlayacağı gözlənilir.Qeyd edək ki, Lionel Messi 8 qat “Qızıl top” mükafatının qalibidir. Facebook-da paylaş