"İnter" futbolçusunun evi "Kayrat"la oyunu zamanı qarət edildi

8-11-2025, 11:34           
"İnter" futbolçusunun evi "Kayrat"la oyunu zamanı qarət edildi
"İnter"in futbolçusu Alessandro Bastoninin evi klubun Qazaxıstan "Kayrat"ına qarşı matçı zamanı qarət edilib.

Moderator.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Oyun zamanı Bastoni "San Siro" stadionunda olarkən, dörd nəfərdən ibarət dəstə onun evinə daxil olaraq saatlar və dizayner çantaları da daxil olmaqla müxtəlif əşyaları oğurlayıb.

Quldurların bir neçə dəqiqə ərzində içəri girib-çıxmasına və siqnalizasiyanın işə düşməsinə baxmayaraq, təhlükəsizlik və yerli polis əməkdaşlarının oğruları tutmaq üçün vaxtında gəlmədikləri bildirilir.

Qeyd edək ki, Bastoni "Kayrat"la oyunu ehtiyat oyunçular skamyasında keçirib. Çempionlar Liqası çərçivəsindəki matç 2-1 hesabı ilə italyanların xeyrinə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]