"Barselona" evinə qayıdır

9-11-2025, 09:18           
"Barselona" evinə qayıdır
"Barselona" iki illik genişmiqyaslı təmirdən sonra Kamp Nouda azarkeşlər qarşısında ilk məşqini keçirib.

"Haber Global" xəbər verir ki, katalon klubunun öz meydanına qayıtması münasibətilə xüsusi tədbir baş tutub.

Məşqi izləmək üçün azarkeşlərə biletlər satılıb və əldə edilən gəlirlərin "Barsa Fondu" vasitəsilə xeyriyyə layihələrinə bağışlanacağı bildirilib.

Qeyd edək ki, layihəyə əsasən 105.410 nəfər izləyici tutumuna malik olması planlaşdırılan arena dünyanın üçüncü ən böyük futbol stadionu olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]