Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb

9-11-2025, 12:14           
Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
Serbiyalı tennisçi Novak Cokoviç Afinada keçirilən ATP turnirinin qalibi olub və karyerasında 101-ci titulu qazanıb.

Oxu.Az xəbər verir ki, məşhur raketka ustası finalda italiyalı peşəkar tennisçi Lorenzo Musettini 2:1 hesabı ilə (4:6, 6:3, 7:5) məğlub edib. İki tennisçi indiyədək 10 dəfə qarşılaşıb. Bu görüşlərdə Cokoviç 9 dəfə qələbə qazanıb.

Qeyd edək ki, 37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.

Cokoviç amerikalı Cimmi Konnors (109) və isveçrəli Rocer Federerdən (103) sonra 100-dən çox çox kubok qazanan üçüncü tennisçidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]