Nərimana Avropa nəhəngindən TƏKLİF - Danışıqlar başladı...

10-11-2025, 00:13           
Nərimana Avropa nəhəngindən TƏKLİF -
Milli komandamızın və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə yeni təklif gəlib.

TEREF sportinfo-ya istinadla xəbər verir ki, gənc forvard Avropadan yeni dəvət alıb. Ad açıqlanmasa da, bildirilib ki, Axundzadə ilə yaxından maraqlanan komanda "Böyük beşlik" təmsilçisidir.

Klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib. Onlar həm N. Axundzadənin özü ilə, həm də "Qarabağ"la əlaqə saxlayıb.
Onlar "Köhlən atlar"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı məlumat alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]