Cüdo yığmamız çempion oldu

11-11-2025, 09:24           
Cüdo yığmamız çempion oldu
Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 4:0 hesabı ilə məğlub edən yığmamız İslamiadanın qalibi olub.

Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]