DÇ-2026-da oyunların vaxtını dəyişin! - Ulduz futbolçu dilə gəldi

13-11-2025, 09:14           
DÇ-2026-da oyunların vaxtını dəyişin! -
İngiltərə millisinin müdafiəçisi Ris Ceyms 2026-cı il dünya çempionatı ilə bağlı açıqlama verib.

TEREF xəbər verir ki, o, mundial zamanı ABŞ, Kanada və Meksikada gözlənilən isti hava şəraitinə görə oyunların başlama vaxtının dəyişdiriləcəyinə ümid etdiyini bildirib:

“Şübhəsiz ki, bu, kömək edərdi. Oyunların daha gec başlaması istinin və rütubətin bir qədər azalması deməkdir. Məndən matçların başlama vaxtı barədə fikrim soruşulmayıb, amma yəqin ki, hansısa menecerlərlə və ya klublardakı insanlarla məsləhətləşiblər. Əminəm, müəyyən rəy toplanıb. Belə istidə oynamaq çox çətindir, xüsusilə də bizim kimi İngiltərədə çıxış edən futbolçular üçün. Əvvəllər belə şəraitdə oynamamışıq.

Oteldən çıxan kimi istini hiss edirsən. Belə şəraitdə oynamaq çətindir, həm də meydanların keyfiyyəti o qədər də yüksək deyildi, bu da işi bir qədər çətinləşdirirdi. Amma ümid edirəm ki, dünya çempionatı başlayana qədər hər şey daha yaxşı olacaq”, – deyə 25 yaşlı söyləyib.

Qeyd edək ki, Ris Ceyms “Çelsi”nin heyətində ABŞ-da keçirilən klublararası dünya çempionatında da çıxış edib. Turnir 2025-ci il iyunun 1-dən iyulun 13-dək baş tutub.//Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]