UEFA-dan "Fənərbağça"ya AĞIR CƏZA - Bilet satışı qadağan olundu

15-11-2025, 00:15           
UEFA-dan "Fənərbağça"ya AĞIR CƏZA -
UEFA Türkiyənin "Fənərbağça" klubunu cəzalandırıb.

Qurum İstanbul təmsilçisini UEFA Avropa Liqasında Çexiyanın "Viktoriya" klubu ilə oyunda (0:0) baş verənlərə görə cəzalandırıb.

UEFA "Fənərbağça"ya ümumilikdə 78 000 avro cərimə tətbiq etdiyini açıqlayıb. Bu cərimə azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışına görə 15 000 avro, tribunalarda qurğulara dəyən ziyana və məşəllərin yandırılmasına görə 30 000 avro, meydana yad maddə atmasına görə 25 000 avro və komandanın uyğunsuz davranışına görə 8 000 avro formasında tətbiq edilib.

Eyni zamanda, "Fənərbağça" klubu Avropa Liqasında növbəti səfər matçına bilet sata bilməyəcək.

Qeyd edək ki, İstanbul klubu Avropa Liqasında dörd turdan sonra 7 xalla 15-ci sıradadır.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]