Maxaçev Trampa səsləndi: "Mən gəlirəm"

17-11-2025, 10:14           
Maxaçev Trampa səsləndi: "Mən gəlirəm"
UFC çempionu İslam Maxaçev Cek Della Maddalena üzərində qələbəsindən sonra ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Gazeta.ru xəbər verir ki, dağıstanlı döyüşçü qarşılaşmadan sonra Co Roqana qısa müsahibəsində Ağ Evin rəhbərinə səslənib.

"Bütün rəqiblərim nə etdiyimi bilirlər, amma heç kim məni dayandıra bilmir. Titulumu harada müdafiə etmək istəyirəm? Donald Tramp, Ağ Evi aç! Mən gəlirəm!", - deyə o vurğulayıb.

Qeyd edək ki, Maxaçev UFC 322 turnirində Maddalenanı beş raundda məğlub edərək, yarımorta çəki dərəcəsində çempion adını qazanıb.

Xatırladaq ki, Tramp 2026-cı il iyunun 14-də Ağ Evin ərazisində UFC tədbirinin keçiriləcəyini elan edib. Tədbirə 25 minə qədər insanın qatılacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]