Onlayn mağazadan dərman alan 27 nəfər öldü

18-11-2025, 11:24           
Onlayn mağazadan dərman alan 27 nəfər öldü
Niderlandda onlarla insan onlayn mağazadan dərman aldıqdan sonra dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Niderland prokurorluğu 27 nəfərin saxta sakitləşdirici və yuxu dərmanlarından zəhərlənərək ölməsindən sonra genişmiqyaslı araşdırma başladıb.

İlkin məlumata görə, dərmanlar Limburq əyalətinin iki sakininə məxsus qanunsuz onlayn mağaza vasitəsilə satılıb.

Qeyd olunur ki, onların dərman satmaq üçün icazəsi olmayıb. Həmin şəxslərin satdıqları tibbi vasitələrin yanlış qəbul edildikdə asılılıq yaradan və həyati təhlükə yaradan, güclü, eyni zamanda da yalnız reseptlə satılmalı olan dərmanlar olduğu anlaşılıb. Bu yaxınlarda ölkədə narkotik maddələr siyahısına əlavə edilən dərmanlar da həmin onlayn mağazada satışa qoyulubmuş.

Dünyasını dəyişənlərin çoxu dərmanları ölümlərindən cəmi iki həftə əvvəl alıb. Müştərilər arasında azyaşlılar da olub. Müstəntiqlər daha 22 ölümün mağazanın fəaliyyəti ilə əlaqəli ola biləcəyi ehtimalını istisna etmirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]