Məşhur mərakeşli futbolçu Əşrəf Hakimi və özündən 12 yaş böyük keçmiş həyat yoldaşı boşanır

18-11-2025, 09:19           
Məşhur mərakeşli futbolçu Əşrəf Hakimi və özündən 12 yaş böyük keçmiş həyat yoldaşı boşanır
Məşhur mərakeşli futbolçu Əşrəf Hakimi və özündən 12 yaş böyük keçmiş həyat yoldaşı, tunis əsilli aktrisa Hiba Abuk. 38 yaşlı aktrisa bir müddət futbolçu ilə birgə yaşadıqdan və ondan iki oğlan övladı dünyaya gətirdikdən sonra ayrılmaq qərarına gəlib.
Aktrisa vəkilləri vasitəsi ilə keçmiş ərindən onun varidatının yarısını - 70 milyon dollar tələb edib. Məhkəmənin gedişi zamanı ortaya maraqlı mənzərə çıxıb. Məlum olub ki, Əşrəf Hakiminin hesabında 1 sent də olsun pul yoxdur. Onun PSJ-dən hər ay aldığı maaş anasının adına köçür. Əşrəf Hakiminin bütün daşınmaz əmlakları, lüks avtomobillərinin də anasının adına olduğu üzə çıxıb.
Əşrəf Hakimi bütün varidatını anasının adına keçirməklə hiyləgər həyat yoldaşını aldatmağa müvəffəq olub.
Məhkəmə keçmiş ərindən 70 milyon dollar tələb edən Hiba Abukun əleyhinə qərar çıxarıb. Əşrəf Hakimi hüquqi cəhətdən yoxsul olduğu üçün keçmiş arvadı ona 1,7 milyon dollar ödəməli olub.
BizNews
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]