DÇ-2026-nın daha üç iştirakçısı bəlli oldu

18-11-2025, 08:41           
DÇ-2026-nın daha üç iştirakçısı bəlli oldu
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti qarşılaşmalar baş tutub.

Oxu.Az xəbər verir ki, A, G və L qruplarında mübarizəyə yekun vulub.

A qrupunda öz meydanında Slovakiyanı 6:0 hesabı ilə darmadağın edən Almaniya turnirin final mərhələsinə vəsiqə qazanıb. Məğlub tərəf mübarizəni pley-offda davam etdirmək imkanı əldə edib.


G qrupunda lider Niderland doğma azarkeşləri önündə Litvadan üstün olub - 4:0. Narıncılar bu qələbə ilə DÇ-də iştiraklarını rəsmiləşdiriblər. Səfərdə Maltanı məğlub edən Polşa bəxtini pley-offda sınamaq şansı qazanıb - 2:3.


L qrupunda dünya çempionatına vəsiqıni öncədən təmin edən lider Xorvatiya son turda səfər matçında Monteneqroya qalib gəlib - 2:3. Pley-offa çıxan Çexiya isə öz meydanında Cəbəllüttariqə aman verməyib - 6:0.

Beləliklə də, dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 35-ə çatıb.

Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]