Ukraynalı boksçu Aleksandr Usik WBO versiyası üzrə çempionluq kəmərindən imtina etdi
18-11-2025, 09:08
Ukraynalı peşəkar boksçu, dörd versiya üzrə mütləq dünya çempionu Aleksandr Usik çempionluq kəmərlərinin birindən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Boks Təşkilatı (WBO) yayıb.
Bununla da 38 yaşlı boksçu ağır çəkidə (90.7 kq-dan artıq) mütləq dünya çempionu sayılmır.
Bu ad eyni zamanda bütün nüfuzlu versiyalar - WBO, WBC, WBA və IBF - üzrə kəmərlərə sahib olan boksçulara məxsusdur. Son üç titul ukraynalı boksçuda qalır.
Usik 2021-ci ilin sentyabrında britaniyalı Entoni Coşuanı məğlub etdikdən sonra ağır çəkidə WBO kəmərinə sahib çıxıb. İdmançı bu titulu beş dəfə qoruyub.
O, peşəkar rinqdə keçirdiyi 24 döyüşün hər birində qalib gəlib.