Azərbaycan idmançısı dopinqdə “ilişdi” – Yarışlardan uzaqlaşdırıldı

20-11-2025, 10:34           
Azərbaycan idmançısı dopinqdə “ilişdi” – Yarışlardan uzaqlaşdırıldı
18 yaşlı azərbaycanlı velosipedçi Artyom Proskuryakov uğursuz dopinq testinə görə yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Referans.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI ) mətbuat xidməti məlumat yayıb.

İdmançının orqanizmində metamfetamin və onun metabolitləri aşkar edilib. 2025-ci ildə Ruandanın Kiqali şəhərində keçirilən dünya çempionatı zamanı idmançıdan alınan dopinq testi müsbət çıxıb.

Orada Proskuryakov yeniyetmələr arasında vaxt sınağında 41-ci olub, bundan sonra şosse yarışını başa vura bilməyib. Xronometraj günü, sentyabrın 23-də alınan dopinq-test müsbət çıxıb. O, istintaqa qədər yarışlardan müvəqqəti olaraq kənarlaşdırılıb və onun “B” nümunəsinin açılmasını tələb etmək hüququ var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]