"Borussiya"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər

21-11-2025, 07:44           
"Borussiya"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər
Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Mançester Yunayted" qvineyalı futbolçunu transfer etmək istəyir.

Qirassinin Almaniya klubu ilə müqaviləsində yanvar ayında keçərli olacaq 50 milyon avroluq satınalma bəndi yer alıb. "Qırmızı şeytanlar" 29 yaşlı forvard üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Borussiya" Seru Qirassini 2024-cü ilin yayında "Ştutqart"dan 18 milyon avroya transfer edib. Qvineya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]