FİFA Ronaldonu diskvalifikasiya etdi

26-11-2025, 00:11           
FİFA Ronaldonu diskvalifikasiya etdi
Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Kriştianu Ronaldunu İrlandiya ilə oyunda qırmızı vərəqə aldığı üçün Portuqaliya yığmasının bir oyunundan kənarlaşdırıb.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Qeyd olunub ki, diskvalifikasiya artıq başa çatıb, çünki portuqaliyalı futbolçu Ermənistanla oyunu buraxıb.

Ronaldu milli yığmaların, Avropa çempionatlarının və Çempionlar Liqasının tarixində ən yaxşı bombardirdir. O, həmçinin rəsmi oyunlarda 900 qol həddinə çatan ilk futbolçudur. Portuqaliyalının aktivində beş Çempionlar Liqası qələbəsi, 2016-cı il Avropa çempionatının qızıl medalı və iki dəfə UEFA Millətlər Liqasının qalibi titulu var.

Ronaldu 2006–2022-ci illər arasında ardıcıl beş dünya çempionatında qol vuran yeganə oyunçu olaraq qalır. Əgər hazırkı seçmə mərhələ Portuqaliya uğurla təsnifatı başa vurarsa, Ronaldo mundialın final mərhələlərində yeddinci dəfə iştirak etmiş olacaq.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]