“Qalatasaray”ın futbolçusunun cəzası təsdiqləndi

27-11-2025, 00:15           
“Qalatasaray”ın futbolçusunun cəzası təsdiqləndi
Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Məhkəməsi “Qalatasaray”ın futbolçusu Eren Elmalının cəzası ilə bağlı yekun qərarını verib.

QOL.az xəbər verir ki, mərc oyunlarında iştirak etdiyinə görə 45 gün müddətinə haqlarından məhrum edilən müdafiəçinin apellyasiya şikayəti təmin olunmayıb və cəza qüvvədə saxlanılıb. Bu qərar fonunda futbolçunun dekabrın 1-də “Fənərbaxça” ilə keçiriləcək İstanbul derbisində iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, daha öncə Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi Eren Elmalı da daxil olmaqla mərc fəaliyyəti ilə əlaqədar bəzi futbolçuların oyunlardan kənarlaşdırılması barədə qərar qəbul etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]