Keçmiş "Formula-1" pilotu saxlanıldı

1-12-2025, 07:34           
Keçmiş "Formula-1" pilotu saxlanıldı
"Formula-1"in keçmiş pilotu Adrian Sutil dələduzluqda və mənimsəmədə şübhəli bilinərək Almaniyanın Ştutqart şəhərində saxlanılıb.

TEREF oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

İşin təfərrüatı hələlik məlum deyil. Qeyd olunur ki, noyabrın 27-də üç ünvanda - Monakoda, İsveçrədə və 42 yaşlı Sutilin saxlanıldığı Ştutqartda axtarışlar aparılıb:.

Məlumata görə, son vaxtlar Sutil İsveçrədə yaşayıb və lüks avtomobillərin satışı ilə məşğul olub.

Xatırladaq ki, 2011-ci ildə də Sutil hücuma görə 18 aylıq şərti cəza və 200 000 avro məbləğində cərimə olunmuşdu. Çin Qran-prisindən sonra gecə klubunda mübahisə zamanı o, Lüksemburq biznesmeni və "Lotus-Renault"nun şəriklərindən biri olan Erik Lyuksun boynuna stəkanla vurub ciddi xəsarət yetirmişdi.

Qeyd edək ki, Sutil "Formula-1"də 2007-2011 və 2013-2014-cü illərdə "Spyker", "Force India" və "Sauber" komandalarının tərkibində çıxış edib. Ümumilikdə o, 128 Qran-pri iştirak edib və 124 xal toplayıb, lakin heç vaxt podiumda yer almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]