Konor Makqreqor məşhur telekanalı məhkəməyə verdi

1-12-2025, 00:02           
Konor Makqreqor məşhur telekanalı məhkəməyə verdi
UFC-nin yarımyüngül çəki (66 kq-dək) və yüngül çəki (70 kq-dək) kateqoriyalarında keçmiş ikiqat çempionu, irlandiyalı MMA döyüşçüsü, 37 yaşlı Konor Makqreqor böhtan ittihamı ilə "Sky News" telekanalına qarşı məhkəmə iddiası qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Middle Easy" portalı məlumat yayıb.

Makqreqorun nümayəndələri israr edirlər ki, 2024-cü ilin noyabrında, Konorun cinsi zorakılıq ittihamı ilə ona qarşı irəli sürülən işin araşdırıldığı məhkəmə salonunu tərk edərkən, "Sky News" telekanalının müxbiri ona "siz təcavüzkarsınız" ifadəsini işlədib.

Makqreqorun vəkilləri hesab edirlər ki, bu ifadə onun nüfuzuna xələl gətirib və sual şəklində deyil, təsdiq formasında deyilib.

İdmançının özü hələlik bu məhkəmə işi barədə heç bir şəkildə şərh verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]