Bekhemin oğlu Ronaldoya cavab verdi

1-12-2025, 10:24           
Bekhemin oğlu Ronaldoya cavab verdi
Devid Bekhemin oğlu Kruz portuqaliyalı ulduz Kriştiano Ronaldunun Pirs Morqana verdiyi müsahibədə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Moderator.az xəbər verir ki, həmin müsahibədə “Əl-Nəsr”in futbolçusu Devid Bekhemin “gözəl siması olduğunu, amma bədəninin adi göründüyünü”, özünü isə “ideal” adlandırdığını deyib. O, hətta Kopakabana çimərliyində “diqqətin 100%-ni özünə cəlb edəcəyini” bildirib və Donald Trampdan daha məşhur olduğuna işarə edib.

Bu sözlər cavabsız qalmayıb. 20 yaşlı Kruz “Instagram”da kolaj paylaşıb. O, 2003-cü ildəki gənc Ronaldunun fotosu ilə atası Devidin həmin illərdəki görüntüsünü yanaşı qoyub və görüntü baxımından üstünlük açıq şəkildə Devid Bekhemin tərəfində olub. Paylaşım qısa müddətdə viral olub.

Qeyd olunur ki, 50 yaşı tamam olan Devid Bekhem hələ də gündəlik idmanla məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]