Pol Poqba dəvə yarışları komandasının səhmdarı oldu
11-12-2025, 16:44
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba dəvə yarışları komandası "Əl-Habub"un səhmdarı olub.
Bu barədə BBC xəbər verir.
"Əl-Habub" komandası Səudiyyə Ərəbistanında yerləşir və Fars körfəzi ölkələri üçün ənənəvi olan yarışlarda iştirak edir.
Xatırladaq ki, Poqba "Monako"da noyabr ayında debüt edib. 32 yaşlı futbolçu antidopinq qaydalarını pozduğuna görə 1,5 illik diskvalifikasiyadan sonra 2023-cü ilin sentyabr ayından bəri ilk dəfə meydana çıxmışdı.