UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi 12-12-2025, 09:24 "Arsenal"ın vingeri Noni Madueke UEFA Çempionlar Liqasınının əsas mərhələsində həftənin oyunçusu seçilib.Bu barədə məlumatı UEFA Mətbuat Xidməti yayıb.23 yaşlı ingiltərəli futbolçu turnirin altıncı turunda səfərdə "Brügge" ilə oyunda (0:3) dubla imza atıb."Barselona"dan Jül Kunde, "Atalanta"dan Şarl de Ketelare və "Ayaks"dan Oskar Qluh da həftənin oyunçusu adına namizəd olublar. Facebook-da paylaş