"Liverpul" azarkeşlərini vuran sürücüyə ağır cəza verildi

17-12-2025, 11:44           
"Liverpul" azarkeşlərini vuran sürücüyə ağır cəza verildi
İngiltərənin Liverpul şəhərinin mərkəzində avtomobilini izdihamın üzərinə sürən 54 yaşlı Pol Doyl 21/,5 il həbs cəzasına məhkum edilib.
Bu barədə "Reuters" məlumat yayıb.

Hadisə bu il mayın 26-da "Liverpul" azarkeşləri komandanın İngiltərə Premyer Liqasındakı çempionluğunu qeyd edərkən baş verib. İnsident nəticəsində ümumilikdə 134 nəfər xəsarət alıb, təxminən 50 nəfər xəstəxanaya yerləşdirilib.

Məhkəmədə Doyla qarşı qəsdən xəsarət yetirmə və təhlükəli sürücülük də daxil olmaqla 31 maddə ilə ittiham irəli sürülüb. Əvvəlcə o, ittihamları rədd etsə də, sonradan təqsirini etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]